Bakı. 1 dekabr. REPORT.AZ/ Dekabrın 2-dən 5-dək Bakı şəhərində "Vəzifədə irəliləmə və attestasiya komissiyasının tətbiqi" mövzusunda seminar, dekabrın 2-dən 11-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya) "Dil standartları və qiymətləndirmə" mövzusunda seminar keçiriləcək.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.