Bakı. 22 avqust. REPORT.AZ/ İtaliyanın Latina şəhərində NATO-nun üzv və tərəfdaş ölkələrinin qərargah zabitləri üçün "Qüvvələrin hərəkətinin və açılmasının idarəedilməsi sistemi" (ADAMS) üzrə kurs keçirilir.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, avqustun 22-də başlayan kursda Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər.
Tədbir avqustun 26-da başa çatacaq.