Bakı. 1 fevral. REPORT.AZ/ Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 2016-cı il fevralın 1-dək fonda 70.074.862,27 AZN, 211.791,88 ABŞ dolları və 2093,69 avro vəsait daxil olub.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli fərmanı ilə yaradılıb.