Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbir çərçivəsində NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi general-leytenant Ali Çetinkayanın (Türkiyə) rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə gedərək hərbi təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olacaq, brifinqlər keçirəcək və müzakirələr aparacaqlar.
Silahlı Qüvvələrdə "NATO Günləri" noyabrın 7-də başa çatacaq.
Qeyd edək ki, bu tədbir Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən həyata keçirilir.