Bakı 16 yanvar. REPORT.AZ / Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin "Qətiyyətli dəstək" və "Uyarlılıq platforması" formatlarında təşkil olunacaq görüşlərdə iştirak etmək üçün Belçikanın Brüssel şəhərinə gedib.
Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbir yanvarın 17-də NATO-nun Mənzil-Qərargahında Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək.