Azərbaycan Prezidenti: "İranla hərbi-texniki sahədə əməkdaşlıq dərinləşir"

Azərbaycan Prezidenti: "İranla hərbi-texniki sahədə əməkdaşlıq dərinləşir" "Təhlükəsizlik sahəsində daim məsləhətləşmələr aparılır"
Hərbi
29 Mart , 2018 00:22
Azərbaycan Prezidenti: İranla hərbi-texniki sahədə əməkdaşlıq dərinləşir

Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycan İranla hərbi sahədə uğurla əməkdaşlıq edir.

“Report” xəbər verir ki, bunu martın 28-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhani ilə mətbuata birgə bəyanatı zamanı deyib.

"Biz hərbi sahədə də uğurlu əməkdaşlıq edirik və hərbi-texniki sahədə əməkdaşlıq dərinləşir. Təhlükəsizlik sahəsində daim məsləhətləşmələr aparılır və bu məsələ daim diqqət mərkəzindədir", - deyə dövlət başçısı bildirib.

Orphus sistemi