Azərbaycan ordusunun məhv etdiyi Ermənistanın pilotsuz uçan aparatının modeli açıqlanıb - FOTO

Azərbaycan ordusunun məhv etdiyi Ermənistanın pilotsuz uçan aparatının modeli açıqlanıb - FOTO Müdafiə Nazirliyi PUA-nın taktiki-texniki xüsusiyyətlərini də açıqlayıb
Hərbi
15 Sentyabr , 2015 20:11
Azərbaycan ordusunun məhv etdiyi Ermənistanın pilotsuz uçan aparatının modeli açıqlanıb - FOTO

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu gün cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən məhv edilən Ermənistan Silahlı Qüvvələrinə məxsus kəşfiyyat məqsədli pilotsuz uçan aparatı dəqiqləşdirilmiş məlumata görə X-55 tipinə aiddir. 

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

X-55 PUA-ın taktiki-texniki xüsusiyyətləri:

- Qanadların açılışı 3030 mm.

- Uzunluğu 2100 mm.

- Kreyser sürəti 85-115 km/saat

- Maksimal uçuş sürəti 180 km/saat

- Havada qalma müddəti:

elektrik mühərriki ilə 1.5 saat

benzin variantında 8 saatadək

- Maksimal uçuş məsafəsi 130 km.

- Maksimal uçuş hündürlüyü 2000 m.

- Maksimal tətbiqetmə uzaqlığı 85 km.-dək

- Qalxma üsulu katapult

- Enmə üsulu paraşüt

Son xəbərlər

Orphus sistemi