Azərbaycan ordusunun Kimya Qoşunlarında xüsusi texnikanın payız-qış mövsümünə keçidi təşkil olunub

Azərbaycan ordusunun Kimya Qoşunlarında xüsusi texnikanın payız-qış mövsümünə keçidi təşkil olunub Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan ordusunun Kimya Qoşunlarının hərbi hissəsində silah və texnikanın payız-qış mövsümi istismarı şəraitinə keçidi təşkil olunub.
Hərbi
6 Oktyabr , 2018 12:51
Azərbaycan ordusunun Kimya Qoşunlarında xüsusi texnikanın payız-qış mövsümünə keçidi təşkil olunub

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan ordusunun Kimya Qoşunlarının hərbi hissəsində silah və texnikanın payız-qış mövsümi istismarı şəraitinə keçidi təşkil olunub.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müxtəlif təlim nöqtələrində keçirilən məşğələnin əsas məqsədi xüsusi texnikalara mövsümi qulluq göstərilməsi zamanı hərbi qulluqçular tərəfindən görüləcək işlərin həcmini və ardıcıllığını praktiki şəkildə nümayiş etdirmək, eləcə də bu sahədə şəxsi heyətin bilik və bacarıqlarını artırmaq olub.

Hərbi hissənin sıra meydanı və parkında keçirilən məşğələdə texniki heyət məşğələ rəhbəri tərəfindən qarşıya qoyulan tapşırıqları yerinə yetirib.

Son xəbərlər

Orphus sistemi