Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən Silahlı Qüvvələrin noyabrın 12-də başlayan irimiqyaslı təlimləri davam edir.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səhra şəraitində qoşunların idarəolunması və silahların döyüş tətbiqinin yoxlanılması məqsədilə keçirilən təlimlər noyabrın 18-də yekunlaşacaq.
Təlimlərdən videonu təqdim edirik.