Azərbaycan hərbçiləri şəhidlərin məzarını ziyarət ediblər

Azərbaycan hərbçiləri şəhidlərin məzarını ziyarət ediblər Məzarları üzərinə gül dəstələri qoyulub
Hərbi
16 Mart , 2021 20:36
Azərbaycan hərbçiləri şəhidlərin məzarını ziyarət ediblər

Müdafiə nazirinin tapşırığına əsasən, Azərbaycan Ordusunun hərbi qulluqçuları Novruz bayramı ərəfəsində, Torpaq çərşənbəsi ilə əlaqədar daimi dislokasiya məntəqələrinə yaxın ərazilərdə yerləşən Şəhidlər xiyabanlarını ziyarət ediblər.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

Son xəbərlər

Orphus sistemi