Azərbaycan Ordusunun həlak olan hərbçisi Şəkidə dəfn edilib

Azərbaycan Ordusunun həlak olan hərbçisi Şəkidə dəfn edilib Azərbaycan Ordusunun həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cavidan Məmmədli Şəki rayonunda dəfn edilib.
Hərbi
17 Yanvar , 2022 12:34
Azərbaycan Ordusunun həlak olan hərbçisi Şəkidə dəfn edilib

Azərbaycan Ordusunun həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cavidan Məmmədli Şəki rayonunda dəfn edilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hərbçi Şəki şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinin əməkdaşları, C.Məmmədlinin xidmət etdiyi hərbi hissəsinin zabit və əsgər heyəti və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlu silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Məlumata görə, C.Məmmədli altı ay idi hərbi xidmətə yollanmışdı. O, ailədə iki bacının yeganə qardaşı olub.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi