Azərbaycan Ordusunun əsgəri vəfat edib

Azərbaycan Ordusunun əsgəri vəfat edib Azərbaycan Ordusunun əsgəri bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat edib
Hərbi
27 May , 2022 21:43
Azərbaycan Ordusunun əsgəri vəfat edib

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Mehralı Novruz oğlu mayın 27-də qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat edib.

Müdafiə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə əlaqədar araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Son xəbərlər

Orphus sistemi