Azərbaycan Ordusunun Baş Qərargah rəisi Anıtqəbiri ziyarət edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Anıtqəbiri ziyarət edib Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti məzar önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.
Hərbi
13 Sentyabr , 2021 13:29
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Anıtqəbiri ziyarət edib

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti məzar önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Baş Qərargah rəisi Xatirə kitabına ürək sözlərini yazıb.

Son xəbərlər

Orphus sistemi