Azərbaycan Ordusunda yeni tədris ili davam edir

Azərbaycan Ordusunda yeni tədris ili davam edir Azərbaycan Ordusunda başlayan yeni tədris ili birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri və idarəetmə orqanlarında davam edir
Hərbi
10 Fevral , 2021 10:56
Azərbaycan Ordusunda yeni tədris ili davam edir

Azərbaycan Ordusunda başlayan yeni tədris ili birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri və idarəetmə orqanlarında davam edir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ali Baş Komandanın tələblərinə, Müdafiə nazirinin əmr və sərəncamlarına uyğun olaraq yeni tədris ilində Azərbaycan Ordusu qarşısında qoyulan tapşırıqlar ölkə hüdudları çərçivəsində, xüsusilə də azad edilmiş ərazilərdə real təhdid və risklərin qarşısının alınmasının təmin olunmasına yönəldilib.

Yeni tədris ilinin başlanması ilə əlaqədar bütün hərbi hissələrdə şəxsi heyətə sıra baxışı keçirilir, bölmələrin maddi-tədris bazası və tam təchizatı yoxlanılır.
Müdafiə nazirinin göstərişi ilə şəxsi heyətlə bölmələrin sərəncamında olan müasir silah, hərbi texnika və digər döyüş vasitələrinin dərindən öyrədilməsi və onların müxtəlif iqlim və çətin relyef şəraitində tətbiqi üzrə nəzəri və praktiki dərslər keçirilir, hərbi qulluqçuların sağlamlığına xüsusi diqqət göstərilir.

Son xəbərlər

Orphus sistemi