Azərbaycan Ordusunda “Kompüter şəbəkəsi inzibatçılığı kursu” keçirilir

Azərbaycan Ordusunda “Kompüter şəbəkəsi inzibatçılığı kursu” keçirilir Bakı. 6 fevral. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində “Kompüter şəbəkəsi inzibatçılığı kursu” keçirilir.
Hərbi
5645
6 Fevral , 2019 21:07
Azərbaycan Ordusunda “Kompüter şəbəkəsi inzibatçılığı kursu” keçirilir

Bakı. 6 fevral. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində “Kompüter şəbəkəsi inzibatçılığı kursu” keçirilir.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, qoşunların idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə keçirilən kursda dinləyicilərə Azərbaycan Ordusunun silahlanmasına qəbul edilmiş müasir rabitə vasitələrinin üstünlükləri və tətbiqi mexanizmi haqqında ətraflı məlumat veriləcək.

Kurs iştirakçılarına kompüter bacarıqlarının artırılması, şəbəkə avadanlıqlarının istismarı üzrə nəzəri biliklərin və praktiki təcrübənin təkmilləşdirilməsi, həmçinin digər mövzulara dair mühazirələr oxunacaq.

Məşğələlərin keyfiyyətli təşkilini təmin etmək məqsədilə müasir tədris-laboratoriyasının bazasından istifadə olunur. Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatlar veriləcək.

Son xəbərlər

Orphus sistemi