Azərbaycan Ordusu Naxçıvanda döyüş atışlı taktiki təlimlər keçirib

Azərbaycan Ordusu Naxçıvanda döyüş atışlı taktiki təlimlər keçirib Əlahiddə Ümumqoşun Orduda bölmələr tərkibində döyüş atışlı taktiki təlimlər keçirilib. Təlimlərə motoatıcı və mexanikləşdirilmiş bölmələrlə yanaşı gücləndirmə bölmələri də cəlb edilib.
Hərbi
16 Dekabr , 2021 18:55
Azərbaycan Ordusu Naxçıvanda döyüş atışlı taktiki təlimlər keçirib
0 : 00
0 : 00

Əlahiddə Ümumqoşun Orduda bölmələr tərkibində döyüş atışlı taktiki təlimlər keçirilib. Təlimlərə motoatıcı və mexanikləşdirilmiş bölmələrlə yanaşı gücləndirmə bölmələri də cəlb edilib.

Bu barədə "Report" Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətinə istinadən xəbər verir.

Plana uyğun olaraq həyəcan siqnalı ilə qaldırılan bölmələr təlim rayonlarına çıxarılıb.

Müasir ümumqoşun döyüşünün planlaşdırılması, aparılması və döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə döyüş uzlaşmasına nail olunması məqsədilə motoatıcı və mexanikləşdirilmiş bölmələr dronlarla, tanklar və tank əleyhinə vasitələrlə gücləndirilib, minaatanların atəşi ilə dəstəklənib.

Yaranmış mürəkkəb şəraitdə döyüş tapşırığını vaxtında və dəqiq yerinə yetirən bölmələrimiz tərəfindən şərti düşmənin müdafiəsinin ön xəttində və yaxın dərinliyində yerləşən atəş vasitələri, canlı qüvvəsi və zirehli texnikası məhv edilib.

Döyüş tapşırıqlarının qısa zaman ərzində qətiyyət və uğurla yerinə yetirilməsi nəticəsində bölmələrin uzlaşmış fəaliyyətinə nail olunub.

Son xəbərlər

Orphus sistemi