Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada səfərdədir

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada səfərdədir Tədbir zamanı yarışların şərtləri və qaydaları müzakirə olunacaq, eləcə də müsabiqənin keçirilmə yerlərinə baxış keçiriləcək
Hərbi
1 Mart , 2018 11:15
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada səfərdədir

Bakı. 1 mart. REPORT.AZ/ Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Moskva şəhərində keçiriləcək “Beynəlxalq ordu oyunları - 2018” yarışlarının planlaşdırma konfransında iştirak edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbir zamanı yarışların şərtləri və qaydaları müzakirə olunacaq, eləcə də müsabiqənin keçirilmə yerlərinə baxış keçiriləcək.

Hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Ordusunun nümayəndələrinin “Dəniz kuboku”, “Tank biatlonu”, “Artilleriya atəşinin ustaları”, “Snayper həddi” və “Səhra mətbəxi” müsabiqələrində iştirakı, o cümlədən “Dərinlik” və “Qoşun kəşfiyyatının əlaçıları” müsabiqələrində müşahidəçi qismində təmsil olunmaları planlaşdırılır.

Azərbaycan, Belarus, Qazaxıstan, İran, Çin və Rusiya ərazisində təşkil olunacaq 27 beynəlxalq müsabiqədən ibarət “Beynəlxalq ordu oyunları - 2018” yarışlarının bu ilin iyulun 28-dən avqustun 11-dək keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi