Azərbaycan müdafiə nazirinin rəhbərliyi ilə səhra şəraitində müşavirə keçirilib

Azərbaycan müdafiə nazirinin rəhbərliyi ilə səhra şəraitində müşavirə keçirilib Zakir Həsənov müvafiq tapşırıq və göstərişlər verib
Hərbi
14 Noyabr , 2016 12:41
Azərbaycan müdafiə nazirinin rəhbərliyi ilə səhra şəraitində müşavirə keçirilib

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimlərin səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Nazir ərazidə idarə, xidmət, qoşun növlərinin yerləşmə nöqtələri, operativ idarəetmə qrupları və məntəqələrindəki fəaliyyətlərlə tanış olub.

Müşavirədə təlimlərə cəlb edilən birləşmə, hərbi hissələrin komandir və rəis heyətinin fəaliyyətləri, planları və qəbul etdikləri qərarlarla bağlı məruzələr dinlənilib.

Müşavirədə çıxış edən müdafiə naziri təlimlərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışaraq müvafiq tapşırıq və göstərişlər verib.

Son xəbərlər

Orphus sistemi