Azərbaycan müdafiə nazirinin Belarusa rəsmi səfəri başlayıb

Azərbaycan müdafiə nazirinin Belarusa rəsmi səfəri başlayıb Zakir Həsənov Belarusun hərbi-siyasi rəhbərliyi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlər keçirəcək
Hərbi
8 Oktyabr , 2017 13:55
Azərbaycan müdafiə nazirinin Belarusa rəsmi səfəri başlayıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Oktyabrın 8-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Belarusa rəsmi səfəri başlayıb.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə bu ölkəyə səfəri çərçivəsində general-polkovnik Z.Həsənov Belarusun hərbi-siyasi rəhbərliyi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlər keçirəcək, eləcə də hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət edəcək.

Görüşlərdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və genişləndirilməsi, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi