Azərbaycan Müdafiə Nazirliyi Qarabağdakı erməni silahlılarını təslim olmağa çağırıb

Azərbaycan Müdafiə Nazirliyi Qarabağdakı erməni silahlılarını təslim olmağa çağırıb Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Ermənistan silahlı qüvvələri birləşmələrinin üzvlərini silahı yerə qoyaraq təslim olmağa çağırırıq.
Hərbi
19 sentyabr 2023 16:48
Azərbaycan Müdafiə Nazirliyi Qarabağdakı erməni silahlılarını təslim olmağa çağırıb

Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Ermənistan silahlı qüvvələri birləşmələrinin üzvlərini silahı yerə qoyaraq təslim olmağa çağırırıq.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən növbəti brifinqdə deyib.

"Həmçinin ərazidə olan mülki şəxslərə qətiyyən onlara yaxın durmamağı və hər hansı yardım etməməyi tövsiyə edirik. Tövsiyə xarakterli bildirişlər səsgücləndirici və digər texniki vasitələrlə çatdırılır", - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi