Moskvada Azərbaycan və Pakistan müdafiə nazirlərinin müavinlərinin görüşü olub

Moskvada Azərbaycan və Pakistan müdafiə nazirlərinin müavinlərinin görüşü olub Moskvada keçirilən IX Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində iyunun 22-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Pakistan İslam Respublikasının Müdafiə nazirinin müavini general-leytenant Mian Muhəmməd H
Hərbi
212
22 İyun , 2021 20:40
Moskvada Azərbaycan və Pakistan müdafiə nazirlərinin müavinlərinin görüşü olub
0 : 00
0 : 00

Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev Pakistan İslam Respublikasının müdafiə nazirinin müavini, general-leytenant Mian Muhəmməd Hilal Hüseynin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, görüş iyunun 22-də Moskvada keçirilən IX Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.

Görüşdə tərəflər hər iki ölkənin orduları arasında əlaqələrin daha da genişləndirilməsi məsələlərini müzakirə edib, hərbi əməkdaşlığın əsas istiqamətlərinə dair fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi