Azərbaycan ilə Latviya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan ilə Latviya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində 2022-ci il üçün ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndələri ilə Latviya Respublikasının Müdafiə Nazirliyinin Mühəndis Təlim Mərkəzinin mütəxəssisləri arası
Hərbi
30 İyun , 2022 13:56
Azərbaycan ilə Latviya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində 2022-ci il üçün ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndələri ilə Latviya Respublikasının Müdafiə Nazirliyinin Mühəndis Təlim Mərkəzinin mütəxəssisləri arasında görüş keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə qonaqlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilən ərazilərdə minaların təmizlənməsi üzrə görülən işlər barədə ətraflı məlumat verilib.

Sonda minaların və əldəqayırma partlayıcı qurğuların zərərsizləşdirilməsi, eləcə də digər mövzular barəsində ətraflı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi