Azərbaycan ilə İtaliya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan ilə İtaliya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub Zakir Həsənov İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə görüşüb
Hərbi
7 Dekabr , 2017 13:58
Azərbaycan ilə İtaliya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
Mod.gov.az

Bakı. 7 dekabr. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 7-də İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, iki ölkənin Silahlı Qüvvələri arasında və NATO proqramları çərçivəsində əlaqələrin inkişafı, eləcə də İtaliyanın silah və hərbi texnika istehsal edən müdafiə sənayesi şirkətləri ilə əməkdaşlığın perspektivləri ətraflı müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi