Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub Bakı. 25 sentyabr. REPORT.AZ/ Bakı Ekspo Mərkəzində keçirilən ADEX 2018 üçüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda səfərdə olan Belarusun Dövlət Hərbi Sənaye Komitəsinin sədri Roman Qolovçenko və Belarus müdafiə nazirinin silahlanma üzrə müavini – Silahlı Qüvvələrin silahlanma rəisi, general-mayor Sergey Simonenko ilə görüşüb.
Hərbi
25 Sentyabr , 2018 16:01
Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
mod.gov.az
0 : 00
0 : 00

Bakı. 25 sentyabr. REPORT.AZ/ Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda səfərdə olan Belarusun Dövlət Hərbi Sənaye Komitəsinin sədri Roman Qolovçenko və Belarus müdafiə nazirinin silahlanma üzrə müavini – Silahlı Qüvvələrin silahlanma rəisi, general-mayor Sergey Simonenko ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan ilə Belarus arasında hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri, müasir hərbi texnologiyaların tətbiqi imkanları, təcrübə mübadilələrinin keçirilməsi və qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

Orphus sistemi