Azərbaycan Hərbi Hava Qüvvələri praktiki uçuşlar icra edir

Azərbaycan Hərbi Hava Qüvvələri praktiki uçuşlar icra edir Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim uçuşları keçirir
Hərbi
200
18 Fevral , 2021 12:24
Azərbaycan Hərbi Hava Qüvvələri praktiki uçuşlar icra edir
0 : 00
0 : 00

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim uçuşları keçirir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlər çərçivəsində HHQ-nin döyüş aviasiyasının təyyarəçiləri gündüz və gecə vaxtlarında ilk praktiki uçuşları icra edir.

Təlimlər zamanı pilotlar şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatını da həyata keçirir.

Son xəbərlər

Orphus sistemi