Azərbaycan hərbi təyyarələri təlimlər üçün Türkiyəyə yola düşüb

Azərbaycan hərbi təyyarələri təlimlər üçün Türkiyəyə yola düşüb Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri keçiriləcək. Təlimlərdə iştirak edəcək A
Hərbi
1 Sentyabr , 2021 16:49
Azərbaycan hərbi təyyarələri təlimlər üçün Türkiyəyə yola düşüb
0 : 00
0 : 00

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri keçiriləcək.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlərdə iştirak edəcək Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi sentyabrın 1-də Türkiyəyə yola düşüb.

Birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi