Bakı. 2 oktyabr. REPORT.AZ/ NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində Hərbi Dəniz Qüvvələrinin Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə qrupunun birinci səviyyəli özünüqiymətləndirmə təliminin hazırlıq məşqləri keçirilir.
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, məşqlər Hərbi Dəniz Qüvvələrinin 2017-ci il üçün hazırlıq planına uyğun olaraq təşkil olunub.



