Azərbaycan hərbçilərinə Türkiyədə həyatda qalma və qaçıb xilas olma təlimləri keçirilir.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup şəxsi heyəti iştirak edir.
Təlimlərdə “Fövqəladə Paraşüt Təməl Kursu”, “Uçuşda sağ qalma kursu” və “Döyüşdə sağ qalma və qaçışda sağ qalma” kursları keçirilir.