Azərbaycan hərbçiləri Moskvaya yola düşüblər

Azərbaycan hərbçiləri Moskvaya yola düşüblər Onlar “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında iştirak edəcəklər
Hərbi
24 İyul , 2017 16:57
Azərbaycan hərbçiləri Moskvaya yola düşüblər

Bakı. 24 iyul. REPORT.AZ/ “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında iştirak edəcək Azərbaycan hərbçiləri Moskvaya yola düşüblər.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin nümayəndə heyətinin bir hissəsi “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində keçiriləcək “Tank biatlonu” və “Səhra mətbəxi” müsabiqələrində iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.

Hərbçilərimizdən ibarət digər qrup isə “Snayper həddi” və “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak etmək üçün yaxın günlərdə Qazaxıstana yola düşəcək.

Son xəbərlər

Orphus sistemi