Azərbaycan hərbçiləri Gürcüstanda dağ təlimində iştirak edirlər

Azərbaycan hərbçiləri Gürcüstanda dağ təlimində iştirak edirlər Gürcüstanda Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə yay dağ hazırlığı təlimi keçirilir.
Hərbi
12 Sentyabr , 2019 11:45
Azərbaycan hərbçiləri Gürcüstanda dağ təlimində iştirak edirlər

Gürcüstanda Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə yay dağ hazırlığı təlimi keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Besik Kutataladze adına Saçxere dağ hazırlığı təlim mərkəzində təşkil olunan təlimdə Gürcüstanın 3, Azərbaycan və Türkiyənin isə, ümumilikdə, 13 hərbçisi iştirak edir.

Təlim çərçivəsində hərbçilər müxtəlif praktiki tapşırıqlar yerinə yetirirlər. İştirakçılar təbii divara dırmanma, çayı keçərkən maneələrin dəf olunması, təxliyyənin təşkili və tibbi qaydaları öyrənirlər.

Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq çərçivəsində keçirilən təlim kursuna sentyabrın 16-da yekun vurulacaq. Kursu başa vuran hərbçilərə sertifikatlar təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi