Azərbaycan hərbçiləri ABŞ-ın təşkilatçılığı ilə Almaniyada keçiriləcək təlimdə iştirak edəcəklər - VİDEO

Azərbaycan hərbçiləri ABŞ-ın təşkilatçılığı ilə Almaniyada keçiriləcək təlimdə iştirak edəcəklər - VİDEO Azərbaycan Ordusunun hərbi qulluqçuları “Hohenfels” təlim mərkəzində keçiriləcək “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak etmək üçün Almaniyaya yola düşüblər.
Hərbi
10 Sentyabr , 2019 11:10
Azərbaycan hərbçiləri ABŞ-ın təşkilatçılığı ilə Almaniyada keçiriləcək təlimdə iştirak edəcəklər - VİDEO

Azərbaycan Ordusunun hərbi qulluqçuları “Hohenfels” təlim mərkəzində keçiriləcək “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak etmək üçün Almaniyaya yola düşüblər.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Amerika Birləşmiş Ştatları Avropa Komandanlığının (EUCOM) təşkilatçılığı ilə keçiriləcək təlimin əsas məqsədi NATO və tərəfdaş ölkələr arasında əməliyyat uyarlılığının və bölmələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, eləcə də hərbi qulluqçuların fərdi bacarıqlarının təkmilləşdirilməsidir.

Azərbaycan Ordusunun nümayəndələrinin də qatıldığı təlimə NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularından 2000-dək hərbi qulluqçu cəlb olunub.

Təlim sentyabrın 30-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi