Hərbi Dəniz Qüvvələrinin komandanı: "Eren Günay hazırda xidmətdədir"

Hərbi Dəniz Qüvvələrinin komandanı: "Eren Günay hazırda xidmətdədir" "Sosial şəbəkələrdə mənim guya Azərbaycan HDQ-nin qərargahına buraxılmamağım və xidməti maşınıma icazə verilməməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur və spekulyativ xarakter daşıyır".
Hərbi
19 sentyabr 2020 08:31
Hərbi Dəniz Qüvvələrinin komandanı: Eren Günay hazırda xidmətdədir

"Sosial şəbəkələrdə Azərbaycan HDQ komandanının türkiyəli əlaqələndirici zabit 1-ci dərəcəli kapitan Eren Günayın guya Azərbaycan HDQ-nin qərargahına buraxılmaması və xidməti maşınına icazə verilməməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur və spekulyativ xarakter daşıyır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov deyib.

"Bildirirəm ki, 1-ci dərəcəli kapitan Eren Günay hazırda xidmətdədir və biz birlikdə yüksək səviyyədə qarşılıqlı fəaliyyət göstəririk. Bu kimi xəbərləri yayanlar Azərbaycan və Türkiyə münasibətlərinə kölgə salmaq məqsədi güdən bədniyyətli şəxslərdir", o bildirib.

Son xəbərlər

Orphus sistemi