Azərbaycan Fransa ilə birgə hərbi gəmilər istehsal edəcək

Azərbaycan Fransa ilə birgə hərbi gəmilər istehsal edəcək Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan Fransa ilə müştərək əsasda hərbi patrul katerləri istehsal etməyi nəzərdə tutur.
Hərbi
26 Sentyabr , 2018 13:30
Azərbaycan Fransa ilə birgə hərbi gəmilər istehsal edəcək
Report
0 : 00
0 : 00

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Azərbaycan Fransa ilə müştərək əsasda hərbi patrul katerləri istehsal etməyi nəzərdə tutur".

Bunu “Report”a Fransanın “Naval Group” şirkətinin Azərbaycandakı nümayəndəsi Kristof Blö bildirib.

O deyib ki, hazırda bu məsələyə dair hərtərəfli danışıqlar aparılır: “OPV-90 tipli hərbi gözətçi gəmiləri bütövlüklə Azərbaycanda istehsal olunacaq. Burada söhbət ayrı-ayrı parçaları gətirib yığmaqdan yox, məhz bütöv bir istehsal prosesindən gedir. Həmin gəmi su üzərində dayanıqlı olub Azərbaycanın Xəzərdə suveren hüquqlarını təmin etməyə layiqli töhfə verəcək”.

OPV-90 gəmisinin həmçinin gəmivuran raketlər sistemilə təchiz olunduğu, iki 5-10 tonluq helikopteri qəbul edə bildiyi də qeyd olunub.

Son xəbərlər

Orphus sistemi