Azərbaycan Avropada ikinci ən böyük silah idxalçısıdır

Azərbaycan Avropada ikinci ən böyük silah idxalçısıdır 2005-2009-cu illərlə müqayisədə 2010-2014-cü illərdə Azərbaycan silah idxalını 249% artırıb
Hərbi
16 Mart , 2015 11:00
Azərbaycan Avropada ikinci ən böyük silah idxalçısıdır

Bakı. 16 mart. REPORT. AZ/ Azərbaycan Avropada əsas silah növlərinin ikinci ən böyük idxalçısıdır. "Report" xəbər verir ki, bu barədə Stokholm Dünya Problemləri Araşdırmaları İnstitutunun dərc etdiyi "Beynəlxalq silah transferində trendlər-2014" adlı hesabatında deyilir. 

Hesabatda dünyanın bir sıra regionlarında 2010-2014-cü il və 2005-2009-cu illər ərzində silah idxalı və ixracı üzrə məlumatların müqayisəli təhlili əks olunub. 

Hesabatda qeyd olunur ki, son 5 il ərzində Avropaya silah idxalı 2005-2009-cu illərlə müqayisədə 36% azalıb. Böyük Britaniya əsas silah növlərinin ən iri idxalatçısıdır, Avropada silah idxalının 14%-i bu ölkənin payına düşür. Azərbaycan II yeri tutur (13%).

 2005-2009-cu illərlə müqayisədə 2010-2014-cü illərdə Azərbaycana silahların idxalı 249% artıb.

Verilən məlumata əsasən, Azərbaycana silah idxalının təxminən 85%-i Rusiyanın payına düşür. 

Ermənistan tərəfinin silah idxalı Azərbaycanın idxal etdiyi həcmin 4%-ini təşkil edir. 

İnstitutun ekspertləri bu statistikanı Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə əlaqələndirirlər.

Son xəbərlər

Orphus sistemi