Azərbaycan alimləri iri çaplı pulemyotlar üçün yeni stend yaradıblar

Azərbaycan alimləri iri çaplı pulemyotlar üçün yeni stend yaradıblar AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin güc strukturları üçün icra etdiyi layihə çərçivəsində birinci mərhələ həyata keçirilib.
Hərbi
17 Sentyabr , 2019 10:45
Azərbaycan alimləri iri çaplı pulemyotlar üçün yeni stend yaradıblar

AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin güc strukturları üçün icra etdiyi layihə çərçivəsində birinci mərhələ həyata keçirilib.

Akademiyadan "Report"a verilən məlumata görə, həmən mərhələnin tərkib hissəsini "Müxtəlif növ iri çaplı pulemyotların geri təpmə qüvvəsini ölçən stendin yaradılması" təşkil edib.

Yerli mütəxəssislər tərəfindən yaradılan stendi yoxlamaq məqsədilə Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin əməkdaşlarının iştirakı ilə sınaq atışları həyata keçirilib.

Proses müsbət nəticələr verib və stend öz işçi parametrlərini sınaq müddətində tam qoruyub.

Hazırda növbəti mərhələyə hazırlıq işləri aparılır və yaxın gələcəkdə yeni sınaq atışlarının keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi