1939-cu ildə əsası qoyulan Azərbaycan Ali Hərbi Məktəbində yaradılan infrastruktur təhsil prosesinin müasir standartlara uyğun şəraitdə tədrisinə imkan yaradıb.
Təhsil ocağının daxilində hazırda 10-dan çox müxtəlif ixtisaslı məktəbin fəaliyyəti cəmləşdirilib. Təhsil müəssisəsində yaradılan müasir tədris şəraiti ali məktəbdə yerli kursantlarla yanaşı xarici dövlətlərdən olan kursantların da yüksək səviyyədə hərbi təhsil almasına əlverişli imkan yaradıb.
Son illər hərbi məktəb bir çox xarici dövlətlərin hərbi təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində ciddi addımlar atıb. Məhz bu əlaqələrin nəticəsidir ki,
Qeyd edək ki, Ali Hərbi Məktəbdə kursantların elektron və kompüter siniflərində elmin son nailiyyətləri ilə tanış olması, idman zallarında fiziki hazırlıqlarının artırılması və asudə vaxtlarının səmərəli təşkili üçün də lazımi şərait yaradılıb.
Artıq Qazaxıstan və Özbəkistan da öz kursantlarının Azərbaycan Ali Hərbi Məktəbində gələcəyin yüksək ixtisaslı zabitləri kimi yetişməsi üçün müraciət edib.
Onu da bildirək ki, hərbi təhsil sahəsindəki əməkdaşlıq çərçivəsində bu gün, eyni zamanda azərbaycanlı kursantlar da dünyanın bir çox dövlətlərinin nüfuzlu ali hərbi məktəblərində təhsil alırlar. Bu əməkdaşlıq prosesi isə yalnız bir məqsədə - peşəkar zabit kadrların hazırlanmasına xidmət edir.