Azad olunmuş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir

Azad olunmuş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil edilir. Çətin relyefli və sərt
Hərbi
12 Avqust , 2022 10:28
Azad olunmuş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil edilir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

"Çətin relyefli və sərt iqlim şəraitli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması istiqamətində zəruri tədbirlər görülür. Dəqiqləşdirilmiş döyüş mövqelərində xidmət edən hərbi qulluqçularımız istənilən təxribatın qarşısını almağa hər an hazırdırlar", - məlumatda qeyd edilib..

Son xəbərlər

Orphus sistemi