Müəssisə müxtəlif növ nişangah, kollimator, termoqrafik kamera və digər optik sistemlər istehsal edəcək.
Azərbaycan və Türkiyənin birgə hərbi müəssisəsi yaradılacaq
Hərbi
113
12 Sentyabr , 2014
16:22


Bakı. 12 sentyabr. REPORT.AZ/ Аzərbaycanın "Alov" zavodu və Türkiyənin "Aselsan" şirkəti optik sistemlərin istehsalı ilə məşğul olacaq birgə müəssisə yaratmaq haqqında razılaşma imzalayıblar. Report xəbər verir ki, razılaşma Bakıda keçirilən “ADEX 2014” beynəlxalq müdafiə sənayesi sərgisi çərçivəsində imzalanıb. Sənədə "Alov" zavodunun rəisi Kamal Əsgərov və "Aselsan" türk şirkətinin rəhbəri Həsən Canpolat tərəfindən imza atılıb.
Son xəbərlər
