Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək. Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Belə ki, Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri oktyabrın 22-də Ramştayn şəhərində (Almaniya) Hərbi Hava Qüvvələri Komandanlarının konfransında, oktyabrın 22-dən 23-dək isə İstanbul şəhərində (Türkiyə) keçiriləcək "Regional təlim-2014" yüksək səviyyəli müşahidəçilər günündə iştirak edəcəklər.