Azərbaycan Rusiyadan "Luçnik-E" raket-zenit kompleksləri ala bilər

Azərbaycan Rusiyadan "Luçnik-E" raket-zenit kompleksləri ala bilər Rusiyanın Maşınqayırma Konstruktor Bürosunun nümayəndəsi: "Yaxın vaxtlarda sistemin seriyalı istehsalına başlanılacaq"
Hərbi
114
19 Avqust , 2014 10:40
Azərbaycan Rusiyadan Luçnik-E raket-zenit kompleksləri ala bilər

Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycan Rusiyanın  köhnəlmiş "Strela-10" ZRK-nı  əvəzləmək üçün hazırlanan "Luçnik-E" raket-zenit kompleksləri partiyasını ala bilər. Report-un Nezavisimaya qazeta-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Maşınqayırma Konstruktor Bürosunun nümayəndəsi Georgi Kuzık "Oboronekspo-2014" sərgisində bildirib. 

Onun sözlərinə görə, yaxın vaxtlarda seriyalı istehsalına başlanılacaq sistem istənilən hava-iqlim şəraitində atəş etmək qabiliyyətindədir. Kompleks bir hədəfə yaylım atəş açmaq, eləcə də dördə yaxın hədəfi izləməyə qadirdir. 

"Luçnik-E" raket-zenit kompleksinə Azərbaycandan başqa Türkmənistan və Qazaxıstan da maraq göstərib. 

"Hərbi balans-2014" London Beynəlxalq strateji tədqiqatlar institutunun hesabatına əsasən, yaxın üç ildə Azərbaycanın hərbi xərcləri ən azı iki dəfə artacaq. 

Məruzədə qeyd olunur ki, Azərbaycanın 2012-ci ildə 3 mlrd. dollar olan müdafiə büdcəsi 2013-cü ildə 3,7 mlrd. dollar təşkil edib, 2014-cü ildə bu xərclər artacaq və ölkənin ümumi dövlət büdcəsinin 14,7%-ni təşkil edəcək. 

Bu vasitələrin böyük hissəsini Bakı ordunun yenidən silahlandırılmasına sərf edir. IISS hesabatına əsasən, 2012-ci ilə qədər Azərbaycan hərbi texnika və silahları Ukraynadan alıb, 2013-cü ildən başlayaraq, Rusiya Azərbaycana ümumi dəyəri 4 mlrd. dollar olan silah və hərbi texnika satacaq. 

Son xəbərlər

Orphus sistemi