Atəşkəs rejimi 64 dəfə pozulub

Atəşkəs rejimi 64 dəfə pozulub Düşmən cavab atəşi ilə susdurulub
Hərbi
4 Yanvar , 2015 10:57
Atəşkəs rejimi 64 dəfə pozulub

Bakı. 4 yanvar. REPORT.AZ/ Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"-a bildiriblər ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi 64 dəfə pozulub.

Erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Koxanəbi kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Kəngərli, Şuraabad, Sarıcalı, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi