Arzu Rəhimov xidməti müşavirə keçirib

Arzu Rəhimov xidməti müşavirə keçirib Müşavirənin yekununda xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb
Hərbi
29 Dekabr , 2014 19:34
Arzu Rəhimov xidməti müşavirə keçirib

Bakı. 29 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2014-cü ilin xidməti fəaliyyətin yekunlarına və 2015-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar müşavirə keçirilib. Bu barədə "Report"a dövlət xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Müşavirədə xidmət rəisi, general-leytenant Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2014-cü il ərzində görülmüş işlərə dair məruzə edib, 2015-ci ildə xidmət tərəfindən görüləcək işlər barədə məlumat verib.

Müşavirədə bir sıra məsələlər müzakirə olunub, general-leytenant Arzu Rəhimov 2015-ci ildə xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunmasına dair tapşırıq və tövsiyələrini verib.

Müşavirənin yekununda xidmət rəisinin əmri ilə xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

Son xəbərlər

Orphus sistemi