Artilleriya bölmələrində ön müşahidə üzrə hazırlıq kursu keçirilir

Artilleriya bölmələrində ön müşahidə üzrə hazırlıq kursu keçirilir Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq raket və artilleriya bölmələrində atəş-dəstək qrup komandirləri ilə ön müşahidə üzrə hazırlıq kursu keçirilir. Hərbi qulluqçular silahlanmada olan müasir artilleriya müşahidə
Hərbi
228
26 Aprel , 2022 08:58
Artilleriya bölmələrində ön müşahidə üzrə hazırlıq kursu keçirilir

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq raket və artilleriya bölmələrində atəş-dəstək qrup komandirləri ilə ön müşahidə üzrə hazırlıq kursu keçirilir.

Bu barədə "Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Hərbi qulluqçular silahlanmada olan müasir artilleriya müşahidə cihazlarının taktiki-texniki xüsusiyyətlərini, onlardan istifadə qaydalarını öyrənir. Bundan başqa, artilleriya kəşfiyyatçıları optik cihazlar vasitəsilə hədəf koordinatlarının aşkar edilməsi, eləcə də atəşin idarəedilməsi üzrə digər mövzularda praktiki bacarıqlarını təkmilləşdirirlər.

Nəzəri məşğələlərin sonunda artilleriyaçılarımız təyin olunan şərti düşmən hədəflərinə atəş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetiriblər.

Son xəbərlər

Orphus sistemi