"Artilleriya atəşinin ustaları" müsabiqəsində sınaq atışları icra edilib

"Artilleriya atəşinin ustaları" müsabiqəsində sınaq atışları icra edilib "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçiriləcək "Artilleriya atəşinin ustaları" müsabiqəsinin iştirakçıları mərhələlərə hazırlıq məşqlərini davam etdirirlər. Artilleriyaçılarımız təqdim edilən silahlara texniki baxış keçirib, mərhələlə
Hərbi
12 Avqust , 2022 14:36
Artilleriya atəşinin ustaları müsabiqəsində sınaq atışları icra edilib

"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçiriləcək "Artilleriya atəşinin ustaları" müsabiqəsinin iştirakçıları mərhələlərə hazırlıq məşqlərini davam etdirirlər.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Artilleriyaçılarımız təqdim edilən silahlara texniki baxış keçirib, mərhələlərin şərtləri və atış nöqtələrinin texniki imkanları, eləcə də təhlükəsizlik qaydaları ilə tanış olublar.

Hazırlıq prosesini yekunlaşdıran komandamız atıcı silahlardan, qumbaraatanlardan və minaatanlardan sınaq atışlarını yerinə yetiriblər.

Son xəbərlər

Orphus sistemi