Azərbaycan hərbçilərinin iştirak etdiyi təlimlərdə paraşüt hazırlığı üzrə məşqlər keçirilib

Azərbaycan hərbçilərinin iştirak etdiyi təlimlərdə paraşüt hazırlığı üzrə məşqlər keçirilib Türkiyənin Konya şəhərində keçirilən Azərbaycan Ordusunun hərbi qulluqçularının da qatıldığı “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi davam edir
Hərbi
26 May , 2021 12:26
Azərbaycan hərbçilərinin iştirak etdiyi təlimlərdə paraşüt hazırlığı üzrə məşqlər keçirilib

Türkiyənin Konya şəhərində keçirilən Azərbaycan Ordusunun hərbi qulluqçularının da qatıldığı “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Beynəlxalq təlimdə paraşüt hazırlığı üzrə məşqlər keçirilib. Məşqlərin keçirilməsində əsas məqsəd şəxsi heyətin paraşütlərdən istifadə vərdişlərinin təkmilləşdirilməsi, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasıdır.

Təlim iyunun 4-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi