Türkiyədə Azərbaycan hərbçilərinin iştirakı ilə beynəlxalq təlim başlayıb

Türkiyədə Azərbaycan hərbçilərinin iştirakı ilə beynəlxalq təlim başlayıb Təlim iyunun 4-dək davam edəcək
Hərbi
24 May , 2021 18:56
Türkiyədə Azərbaycan hərbçilərinin iştirakı ilə beynəlxalq təlim başlayıb

Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, əvvəlcə təlimin planlaşdırılması, ona hazırlıq prosesi, mərhələlər üzrə icra olunan tapşırıqlar barədə ərazinin maketi üzərində ətraflı brifinq təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Ordusu təlimdə Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə təmsil olunur.

Təlim iyunun 4-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi