ANAMA sədri: “Dronlar vasitəsilə ərazilərdə tədqiqat işləri aparılır”

ANAMA sədri: “Dronlar vasitəsilə ərazilərdə tədqiqat işləri aparılır” “Minatəmizləmə əməliyyatlarında ən müasir alət, avadanlıq və texnologiyalardan istifadə olunur. Ən müasir detektorlardan istifadə edilir. Dronlar vasitəsilə ərazilərdə tədqiqat işləri aparılır”.
Hərbi
31 Yanvar , 2023 13:41
ANAMA sədri: “Dronlar vasitəsilə ərazilərdə tədqiqat işləri aparılır”

“Minatəmizləmə əməliyyatlarında ən müasir alət, avadanlıq və texnologiyalardan istifadə olunur. Ən müasir detektorlardan istifadə edilir. Dronlar vasitəsilə ərazilərdə tədqiqat işləri aparılır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

“Bu tədqiqat işləri minatəmizləmə fəaliyyətində işlərin dəqiq planlaşdırılmasına, resursların daha səmərəli istifadə olunmasına kömək edir. Bundan başqa, minatəmizləmə üçün nəzərdə tutulan xüsusi maşınlardan da istifadə edirik və bunlar da sözsüz ki, işlərimizin sürətləndirilməsinə kömək edir” - sədr əlavə edib.

Son xəbərlər

Orphus sistemi