ANAMA: Ötən ay 312 partlamamış hərbi sursat, 4 tank əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib

ANAMA: Ötən ay 312 partlamamış hərbi sursat, 4 tank əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib Ötən ay Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Abşeron, Ağdam, Ağstafa, Bərdə, Cəbrayıl, Füzuli, Qazax, Tərtər rayonları, Gəncə və Lənkəran şəhərləri ərazisində 839 034 m² (83,90 ha) ərazi yoxlanılıb, 312 ədəd partlamamış hərbi sursat (PHS), 4 ədəd tank əleyhinə mina (cəmi: 316 ədəd), 5 ədəd təlim məqsədli tank əleyhinə mina, 9 445 ədəd müxtəlif çaplı güllə, 15 adda müxtəlif təyinatlı hərbi ləvazimatlar və 506 qram partladıcı aşkar edilərək zərərsizləşdirilib.
Hərbi
1 Sentyabr , 2019 02:46
ANAMA: Ötən ay 312 partlamamış hərbi sursat, 4 tank əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib

Ötən ay Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Abşeron, Ağdam, Ağstafa, Bərdə, Cəbrayıl, Füzuli, Qazax, Tərtər rayonları, Gəncə və Lənkəran şəhərləri ərazisində 839 034 m² (83,90 ha) ərazi yoxlanılıb, 312 ədəd partlamamış hərbi sursat (PHS), 4 ədəd tank əleyhinə mina (cəmi: 316 ədəd), 5 ədəd təlim məqsədli tank əleyhinə mina, 9 445 ədəd müxtəlif çaplı güllə, 15 adda müxtəlif təyinatlı hərbi ləvazimatlar və 506 qram partladıcı aşkar edilərək zərərsizləşdirilib.

ANAMA-dan "Report"a verilən məlumata görə, əməliyyatlarda 462 nəfər əməliyyat heyəti, 122 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib. İndiyədək cəmi 536 877 454 m² (53 687,75 ha) ərazi təmizlənib, 804 269 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Avqust ayı ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 3, Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 11, Dövlət Sərhəd Xidmətindən (DSX) 4 müraciət daxil olub (cəmi: 18 çağırış).

Müraciətlər əsasında Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları birlikdə 15 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə Abşeron, Ağstafa, Füzuli, Bərdə, Qazax, Tərtər rayonları və Lənkəran şəhəri ərazisində 5 900 kv.m ərazi yoxlanılıb, 132 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd tank əleyhinə mina (cəmi: 135 ədəd), 5 ədəd təlim məqsədli tank əleyhinə mina, 9 445 ədəd müxtəlif çaplı güllə, 15 adda müxtəlif təyinatlı hərbi ləvazimatlar və 506 qram partladıcı aşkarlanaraq yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Avqust ərzində Tərtər rayonun Təzəkənd kəndi ərazisində əl qumbarasının partlaması nəticəsində 1 nəfər həlak olub, daha 1 nəfər ağır dərəcəli bədən xəsarətləri alıb. 

Son xəbərlər

Orphus sistemi