​ANAMA Bakıda mina aksiyası üzrə sahə seminarı keçirir

​ANAMA Bakıda mina aksiyası üzrə sahə seminarı keçirir Aksiya aprelin 4-dən 8-dək davam edəcək
Hərbi
4 Aprel , 2016 11:40
​ANAMA Bakıda mina aksiyası üzrə sahə seminarı keçirir

Bakı. 4 aprel. REPORT.AZ/ Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Gününü işıqlandırmaq məqsədilə aprelin 4-dən 8-dək Mina Aksiyası üzrə Bakıda sahə seminarı keçirir.

“Report”un məlumatına görə, seminar Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi (GİCHD) Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə Əməkdaşlıq Proqramı (EECCA-OP) çərçivəsində ANAMA ilə birgə təşkil edilir.

Seminarda Belarus, Estoniya, Gürcüstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna və İrandan olan Mina Aksiyası, Sursatların Təmizlənməsi proqramları və eyni zamanda, Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT İnkişaf Proqramı, ATƏT və BMT Mina Aksiyası Xidmətlərinin nümayəndələriiştirak edir.

Seminarda çıxış edən Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) direktoru Qəzənfər Əhmədov qeyd edib ki, Azərbaycanda mina və partlamamış hərbi sursatlarla bağlı problem həddindən artıq çoxdur: “Bu seminar artıq ikinci defedir ki, keçirilir. İlk dəfə seminar Belarusiyada baş tutub. Bu il isə Azərbaycanda təşkil olunub. Seminar iki gün paytaxt Bakıda, iki gün isə ANAMA-nın Göygöl Regional Təlim bazasında davam edəcək. Tədbir iştirakçıları bazada görülən işlərlə yaxından tanış olacaqlar. Son günlər cəbhədə vəziyyət stabil deyil. Biz bütün gücümüzlə işğalda olan əraziləri təmizləməyə hazırıq. İşğal olunan ərazilər hərbi əməliyyatlardan sonra bizə təhvil verildikdən sonra Agentlik artıq öz təmizləmə işinə başlayacaq”.

Dörd gün davam edəcək seminar iki gün Bakıda (4-5 aprel) və iki gün sahə səfəri (7-8 aprel regionlarda) daxil olmaqla minatəmizləmə sahəsində qanunvericilik və standartlar ətrafında müzakirələri əhatə edəcək. Seminarın keçirilməsində əsas məqsədiştirakçılara region ölkələrində bu sahədə qəbul olunan qanunvericilik və normalarla tanış etmək, ANAMA ilə mina aksiyasının əməliyyat, idarəetmə, mina təhlükəsinə dair maarifləndirmə, zərərçəkənlərə yardım sahələrində fikir və təcrübə mübadiləsi aparmağa imkanyaratmaqdır.

Qeyd edək ki, 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günüdür. Bu gün ilk dəfə 2006-cı ildə BMT Baş Assambleyasında elan olunub və hər il qeyd edilir.

Son xəbərlər

Orphus sistemi