Ali Hərbi Məktəbdə 10 yeni ixtisas yaradılıb

Ali Hərbi Məktəbdə 10 yeni ixtisas yaradılıb "2020/2021-ci tədris ilindən etibarən 1-ci kursa qəbul olan kursantlar ali təhsil bakalavr səviyyəsi ixtisaslarının təsnifatına müvafiq olaraq yeni 10 ixtisas üzrə ali təhsil alırlar".
Hərbi
11 Fevral , 2021 13:36
Ali Hərbi Məktəbdə 10 yeni ixtisas yaradılıb

"2020/2021-ci tədris ilindən etibarən 1-ci kursa qəbul olan kursantlar ali təhsil bakalavr səviyyəsi ixtisaslarının təsnifatına müvafiq olaraq yeni 10 ixtisas üzrə ali təhsil alırlar".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi, general-mayor Fizuli Salahov deyib.

Onun sözlərinə görə, beynəlxalq təhsil standartlarına cavab verən tədris metodikası və vasitələri ilə kursantlara hərb elminin incəlikləri öyrədilir: “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “xüsusi təyinatlı texnika və sistemlər” ixtisası üzrə bakalavr səviyyəsində mütəxəssislər hazırlanır. Məktəbdə 4 fakültə və 21 kafedra fəaliyyət göstərir. Beynəlxalq təhsil standartlarına cavab verən tədris metodikası və vasitələri ilə kursantlara hərb elminin incəlikləri öyrədilir”.

Son xəbərlər

Orphus sistemi